Ana Sayfa > Seçki 2024 > Zəfər Tariximizin müəlliflərinə uzanan əllər qırılmalı, dillər kəsilməlidir!

Zəfər Tariximizin müəlliflərinə uzanan əllər qırılmalı, dillər kəsilməlidir!


23-09-2022, 18:51. Yazar: admen
Zəfər Tariximizin müəlliflərinə uzanan əllər qırılmalı, dillər kəsilməlidir!

12-13 sentyabr hadisələrinə qarşı çirkinliklər edərək ağızlarına gələni danışan ünsürlər görəsən niyə belə edir? Niyə Öz dövlətinə, xalqına, şəhidinə və qazisinə qarşı satqınlıq, xəyanətkarlıq edirlər! Ona görə də qərəzli ritorika seçən “klaviatura qəhrəmanları”na haqlı olaraq belə bir sual ünvanlanır: Düşmən ölkəmizə hücüm edir, sərhədlərimizi pozursa bunu susqunluqla qarşılamalıyıqmı?Azərbaycan indi ötən əsrin 90-cı illərindəki ölkə deyil. Azərbaycan hazırda güclü-qüdrətli dövlətdir, qarşı tərəfin hər bir hərbi həmləsinə layiqli cavab verməyə qadirdir! O zaman məhz radikal müxalif düşərgənin tör-töküntülərinin hakimiyyətdə olarkən yol verdiyi siyasi hərc-mərclik, xaos, vətəndaş qarşıdurması nəticəsində ölkənin zəifləməsindən istifadə edən düşmən torpaqlarımızın 20 faizini işğal etmişdi. Həmin dövrdə ölkənin siyasi müstəqilliyi sual altına düşmüşdü. Ümummilli Lider Heydər Əliyevın hakimiyyətə qayıdışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, dövlətçiliyimiz, müstəqilliyimiz xilas edildi. Xalqımız Ulu Öndərin ətrafında sıx birləşərək, o zaman hakimiyyətdə olan səriştəsiz, bacarıqsız siyasi qüvvələri tarixin arxivinə göndərdi. Dahi Şəxsiyyət Heydər Əliyevin apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasətin yürüdülməsinə başlanıldı.
Ümummilli Liderin möhkəm ideoloji əsaslara və inama söykənmiş siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Qəhrəman Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Məcburi köçkün həyatı yaşamağa məcbur olan həmvətənlərimizin uzun illərdən sonra doğma yurd-yuva həsrəti bitib, artıq azad olunan ərazilərimizdə məskunlaşmaya start verilib. Elə isə bu radikal müxalif ünsürlər nədən narahatdırlar? Niyə Vətənimizin müdafiəsi məsələsində anti-milli mövqe tutublar? Yoxsa, xaricdən aldıqları qrantlar və digər maddi ianələrin müqabilində anti-Azərbaycançı dairələrin çirkin niyyətlərini daha fəal icra etməyə çalışırlar? Onlar unutmamalıdırlar ki, xalqımız və dövlətimiz bu qaragüruha öz çirkin niyyətlərini reallaşdırmağa əsla imkan verməyəcək! Bizi Qarabağımıza qovuşduran “Dəmir Yumruq” təkcə Ermənistana yox, onun havadarlarına və milli xəyanətkarlara da dərs olmalıdır!Bu gün vətənpərvər oğullarımız qəhrəmanlıq dastanı yazmağa davam edir və bununla yalnız qürur duymaq olar. Vaxtilə xəyalı ilə yaşadığmız arzularımızı gerçəkləşdirən Sərkərdələrimiz var olsun! Bizə Qalib Azərbaycanın vətəndaşı olmağı nəsib edən Şəhidlərimiz, Qazilərimiz baş tacımızdır. Onlar Vətənə sədaqət nümunəsidir. Zəfər Tariximizin müəlliflərinə uzanan əllər qırılmalı, dillər kəsilməlidir! Azərbaycanda səfərbər olunmuş cəmiyyət var və xalq-dövlət birliyi sarsılmazdır. 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm Qələbəni təmin edən bu birlik şərəfli tarixi missiyanı tamamlamaq iqtidarındadır!

Saatlı rayonu
Gomuşçu kənd sakini
Vətən müharibəsi iştirakçısı
Xəyal Şəmiyev
Geri dön