Ana Sayfa > Gündəm > 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanının qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi
44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanının qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi23-09-2022, 17:59. Yazar: admen |
XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. İşğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edən ordumuz Azərbaycan tarixinin ən unudulmaz səhifəsini yazdı. Dövlət başçımız Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Qələbə Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin məntiqi nəticəsi idi. Eyni zamanda, bu zəfəri şərtləndirən amillər sırasında ordumuzun güc-qüdrəti, döyüş ruhu və xalq-iqtidar vəhdəti xüsusi rol oynadı. Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.Azərbaycanın gücü qarşısında məğlubiyyətə uğradığını açıq-aydın görən Ermənistanın son nəticədə havadarlarına bağladığı ümidlər də puç oldu. Düşmən son 30 ildə düşünürdü ki, “xilaskar”ları daim onun yanında olacaq, onunla birgə döyüşəcək. Lakin 44 günlük müharibədə Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq, Silahlı Qüvvələrimiz parlaq Qələbə qazandı və tarixi ədalət bərpa olundu. “Dəmir Yumruq” və “Qarabağ Azərbaycandır” kimi məşhur ifadələri ötən ildən bu günə qədər təsirləndirici gücə sahibdir. Bu şanlı 44 günlük zəfərlə bağlı yüz illər keçəndən sonra tarixi, bədii kitablar yazılacaq. Çünki bu qələbə Azərbaycan xalqının haqqını, Azərbaycan ordusunun qəhrəmanlığını, ölkəmizin iqtisadi gücünü göstərdi. Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir. Ermənistanın revanşist ünsürlərinin qarşısında Azərbaycanın dəmir yumruğu dayanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında yumruğunu düyünləyərək bildirmişdir: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır”. Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar – Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın. Azərbaycanda milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Silahlı Qüvvələrimizin güc-qüdrəti düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan davamlı təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan tutduğu ədalətli yoldan çəkilmədi, öz haqq savaşında möhtəşəm Zəfər əldə etdi. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə, əfsanələrə birdəfəlik son qoyuldu. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Azərbaycanın tarixində yeni səhifə Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək, azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız da bu məsələlərdə fəal olmalıdır. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatında məsləhətçi Geri dön |