Ana Sayfa > Dünya > Peskov səfərbərliyə görə panikaya düşənlərə məsləhət verdi

Peskov səfərbərliyə görə panikaya düşənlərə məsləhət verdi


23-09-2022, 14:35. Yazar: sevinc1
Peskov səfərbərliyə görə panikaya düşənlərə məsləhət verdi

"Qismən səfərbərlik elan edildikdən sonra ilk gün və ilk saatlarda əhalinin təşviş və panikaya düşməsi Müdafiə Nazirliyinin məlumatsızlığı ilə bağlıdır".

aia.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Bu cür reaksiyanı ilk saatlarda, ilk gündə başa düşmək mümkün idi, çünki məlumat çatışmazlığı var idi, lakin dünəndən etibarən məlumat xətləri işə salınıb. Təhrikedici xəbərlər var, siz bu barədə ayıq olmalı, təxribat cəhdlərinə boyun əyməməlisiniz”, - deyə o bildirib.

aia.az
Geri dön