Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb
TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb23-09-2022, 13:26. Yazar: sevinc1 |
TƏBİB Şabrandakı yol qəzasında xəsarət alanların son durumunu açıqlayıb. Qurumdan aia.az-a verilən məlumata görə, Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 12 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir. Hazırda xəsarət alanlardan 10 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasında, 2 nəfər isə Kliniki Tibbi Mərkəzdə müalicə alır. Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Cərrahiyyə şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti orta ağır, 8 nəfərin vəziyyəti isə orta stabildir. Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti ağır, Travmatologiya şöbəsində müalicə alan 1 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çoxsaylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır. Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə tibb müəssisəsinə gətirilərkən yolda dünyasını dəyişib. aia.az Geri dön |