Ana Sayfa > İdman > “Hədəfim qızıl medal qazanmaq idi”- Azərbaycanın cüdo üzrə Avropa çempionu

“Hədəfim qızıl medal qazanmaq idi”- Azərbaycanın cüdo üzrə Avropa çempionu


20-09-2022, 15:02. Yazar: sevinc1
“Hədəfim qızıl medal qazanmaq idi”- Azərbaycanın cüdo üzrə Avropa çempionu

"Avropa çempionatında əsas hədəfim qızıl medal qazanmaq idi. Komanda hesabında bürünc medal qazandıq. Buna çox sevinirəm".

AİA.Az bildirir ki, bnunları Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov deyib.

O, qarşıdakı planlarından da danışıb.

"Hədəflər əslində çoxdur. Qarşıda böyük dəbilqə turnirləri var. Amma əsas hədəfim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. Məqsədim həmin oyunlarda qalib olmaqdır", - V.Talıbov əlavə edib.


Geri dön