Ana Sayfa > Dünya > Gürcüstanda silahlı şəxs bankda 12 nəfəri girov götürüb -
Gürcüstanda silahlı şəxs bankda 12 nəfəri girov götürüb -20-09-2022, 13:54. Yazar: sevinc1 |
Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nın Kutaisi filialında girov götürülənlərlə bağlı məlumat yayıb. aia.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxslər 12 nəfəri girov götürüb. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz azad olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər. *** Gürcüstanın Kutaisi şəhərində banka silahlı basqın olub. aia.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb. Maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib. ank filialının içərisində işçilər də daxil olmaqla,10-a yaxın adamın olduğu bildirilir. Hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb. aia.az Geri dön |