Ana Sayfa > Media > Türkiyədən gəlmiş psixoloqlar 345 qazi və şəhid ailəsi üzvünə yardım göstərib

Türkiyədən gəlmiş psixoloqlar 345 qazi və şəhid ailəsi üzvünə yardım göstərib


20-09-2022, 11:25. Yazar: sevinc1
Türkiyədən gəlmiş psixoloqlar 345 qazi və şəhid ailəsi üzvünə yardım göstərib

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş 20 nəfər psixoloq tərəfindən 15 gün ərzində 345 qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib.

aia.az xəbər verir ki, bunu FHN-in Tibb mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva deyib.

Xanım Sofiyeva bildirib ki, müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş pasientlərin 33 nəfəri uşaq olub. Ümumilikdə sentyabrın 5-dən 511 seans psixoloji yardım göstərilib.

Mərkəz rəisi onu da qeyd edib ki, vətəndaşlar Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün nazirliyin "112" qaynar telefon xətti vasitəsilə qeydiyyata düşə bilərlər.

aia.az
Geri dön