Ana Sayfa > Manşet / Dünya > Ərdoğan:

Ərdoğan:


20-09-2022, 09:28. Yazar: sevinc1
Ərdoğan:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Ukrayna böhranının tez bir zamanda həllinə çalışdığını bildirib.

“Anladım ki, o, həqiqətən də, bu işi tez bir zamanda bitirmək istəyir. Hal-hazırda, məsələn, 200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub. Bu, çox gözəl irəliləyişdir”, - deyə o, ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib.

Ərdoğan onu da bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh əldə ediləcəyi təqdirdə burada alınan torpaqların geri qaytarılması böyük əhəmiyyət daşıyır:

“İstənilən və gözlənilən budur. Bu mövzuda cənab Quterreşin atdığı addımlar var. Bizim atdığımız addımlar da var. Bu addımlarla yanaşı, gözlədiyimiz şey torpaqların qaytarılmasıdır ki, həqiqətən, işimizi asanlaşdırar”

aia.az
Geri dön