Ana Sayfa > İqtisadiyyat > Bakıdan Səmərqəndə birbaşa reyslər açılır

Bakıdan Səmərqəndə birbaşa reyslər açılır


19-09-2022, 17:14. Yazar: sevinc1
Bakıdan Səmərqəndə birbaşa reyslər açılır

Oktyabr ayının əvvəlindən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsini planlaşdırır.

aia.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Həmçinin “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Daşkənd-Bakı marşrutu üzrə yerinə yetirilən reyslərin tezliyini həftədə 5 dəfəyədək artıracaq.



aia.az
Geri dön