Ana Sayfa > İdman > "Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib


19-09-2022, 14:56. Yazar: sevinc1
"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

AİA.Az "Report"a istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları V tur oyunundan sonra istefaya göndərilib.

Qeyd edək ki, ispaniyalı baş məşqçi avqustun 2-də bu posta təyin olunub. "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
Geri dön