Ana Sayfa > Seçki 2024 > Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkarlandı

Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkarlandı


19-09-2022, 12:11. Yazar: sevinc1
Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkarlandı

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Bu barədə AİA.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Geri dön