Ana Sayfa > Aia TV > Qarı Səlim saxlanılıb

Qarı Səlim saxlanılıb


30-05-2016, 21:22. Yazar: admin
Qarı Səlim saxlanılıb






Əfqanıstan ordusunun həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində "Taliban" hərəkatının liderlərindən biri sayılan Qarı Səlim saxlanılıb.

Aia.az-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatın ölkənin şimal-şərqindəki Gündüz vilayətində keçirildiyi bildirilir.

Qarı Səlimlə yanaşı onu müşayiət edən daha 6 nəfər yaxalanıb. Əməliyyat zamanı iki silahlı məhv edilib, daha ikisi yaralanıb. Əfqanıstan ordusunun itkiləri barədə məlumat verilmir. "Taliban" hərəkatı baş verənlərlə əlaqədar, hələ ki, şərh verməyib.


aia.az
Geri dön