Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Homoseksuallara qarşı müxtəlif edam üsullarından istifadə ediblər
Homoseksuallara qarşı müxtəlif edam üsullarından istifadə ediblər25-08-2015, 12:43. Yazar: admin |
Aia.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında İŞİD-in homoseksuallara qarşı həyata keçirdiyi soyqırım müzakirə olunub. Gey və lesbiyanların hüquqları üzrə beynəlxalq komissiyanın başçısı Cessika Ştern bəyan edib ki, İŞİD terrorçuları kütləvi edamlara görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, İraq və Suriyada İŞİD yaraqlıları homoseksuallara qarşı müxtəlif edam üsullarından istifadə ediblər. Komissiyasının BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatında bildirilir ki, İŞİD terror qruplaşması 30 homoseksualın edam olunmasına görə məsuliyyəti öz üzərinə götürüb. İŞİD terrorçuları bundan öncə də bir neçə şəxsi homoseksuallıqda günahlandıraraq edam etmişdi. Qeyd edək ki, bir müddət əvvəl İŞİD silahlıları homoseksuallıqda günahlandıraraq binanın damından yerə atılan, lakin sağ qalan şəxsi daş-qalaq edərək öldürüblər. Geri dön |