Ana Sayfa > Media > Dollar işarəsi necə yaranıb? - FOTO

Dollar işarəsi necə yaranıb? - FOTO


30-05-2016, 21:21. Yazar: admin
Dollar işarəsi necə yaranıb? - FOTO





Son vaxtlar dünyanın bir çox ölkələrində dolların bahalaşması bu pul vahidinə diqqəti artırıb. Lakin bir çoxlarının dollar - $ işarəsinin necə əmələ gəlməsi haqqında məlumatı yoxdur.

Aia.Az publika.az-a istinadən bildirir ki, illər boyu bu haqda bir neçə nəzəriyyə ehtimal edilib.

Ən çox qəbul edilən mənbəyə əsasən ($) işarəsinin yaranması 1700-ci illərin sonlarında Amerikada inqilab dövründə əsas mübadilə vahidi kimi istifadə edilmiş İspan pesosuna köklənir. O zamana aid əlyazma sənədləri göstərir ki, Amerikada peso - PS işarəsi kimi qısaldılıb.

Güman edildiyinə görə, zaman keçdikcə bu qısaldılmış işarədə tez-tez S hərfi P hərfinin üstündə yazılıb. Bu isə $ simvolunun əmələ gəlməsinə gətirib çıxardıb. $ simvolu 1800-ci ildən sonra ilk dəfə sənədlərin çap versiyalarında ortaya çıxıb.

Habelə 1875-ci ildə ilk ABŞ kağız əskinazında dolların nəşr edilməsinə qədər ümumi istifadədə olub.


aia.az
Geri dön