Ana Sayfa > Seçki 2024 > Rəşadətli Azərbaycan Ordusu Qarabağı qaytardı, amma Sorosun ölkəmizdəki əl-altıları çirkin əməllərindən əl çəkmədilər.

Rəşadətli Azərbaycan Ordusu Qarabağı qaytardı, amma Sorosun ölkəmizdəki əl-altıları çirkin əməllərindən əl çəkmədilər.


17-09-2022, 11:07. Yazar: admen
Rəşadətli Azərbaycan Ordusu Qarabağı qaytardı, amma Sorosun ölkəmizdəki əl-altıları çirkin əməllərindən əl çəkmədilər.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Qarabağda zəfər çaldı, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Xalqımızı uzun illərdir sıxan, əzən məğlubiyyət kompleksi zəfər coşqusu ilə əvəz olundu. Möhtəşəm milli birlik yarandı, tarixə adımızı qalib xalq kimi yazdırdıq. Ali Baş Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişən bu 44 gün ərzində müxtəlif cəbhələrdə misli görünməmiş fərdi qəhrəmanlıq, sərkərdə qətiyyəti, diplomat çevikliyi, rəhbər müdrikliyi nümayiş etdirdi. Torpaqlarımız bir - birinin ardınca işğaldan azad edildikcə cənab Prezidentin müjdə xəbərli çıxışları, müraciətləri Ordumuzun qələbə əzmini daha da yüksəltdi, xalqı bir dəmir yumruq kimi birləşdirdi. Amma xalqla bir yerdə olub dövlət başçısının ətrafında birləşməyən yeganə “qüvvələr” radikal düşərgəni təmsil edən müxalifət oldu. Amma mən bunlara müxalifət əvəzinə milli xəyanətkar, satqınlar və anti-milli ünsürlər toplusu deyərdim. Çünki həmin düşərgədə təmsil olunanlar özlərinin şəxsi ambisiyalarından əl çəkmədilər və ölkəmizin milli maraqlarını, ərazi bütövlüyümüzün təmin olunması və suveren torpaqlarımızda qələbə qazanmağımıza qısqanc baxaraq əsası olmayan qərəzli məlumatlar açıqladılar. Bununlada özlərinin ermənipərəstliklərini, satqın və xəyanətkar bir ünsür olduqlarını bütün xalqımıza sübut etmiş oldular. Son günlərdə də baş verən hadisələr və ordumuzun cəbhədə vacib yüksəkliklərə nəzarəti ələ keçirtdiyimizə baxmayaraq uğurlarımıza kölgə salmağa çalışırlar və şəhidlərimizə qarşı hörmətsizlik edirlər. Azərbaycan xalqı onsuz bu ünsürlərin necə bir məxluq olduqlarını çoxdan bilirlər və məhz ona görə də onları çoxdan tarixin arxivinə göndəriblər. Xalq bu uğurları, görür, dəstəkləyir, sevinir, öz minnətdarlığını və sevgisini Ali Baş Komandana, müzəffər Milli Ordumuza çatdırır.Bu sevincdən bütün dünya azərbaycanlılarına pay düşür, haqqı, ədaləti, sülhü istəyən hər kəsə pay düşür. Daha çox sevinmək və qürür duymaq haqqı isə, heç şübhəsiz ki, şəhid ailələrinin, qazilərimizin, əsgər və zabitlərimizin payına düşür. Bugün isə başda işğaldan azad olunan ərazilərimiz olmaqla ümumilikdə Azərbaycan günü-gündən inkişaf edir, çiçəklənir və gözəlləşir. Qədirbilən xalqımızda bütün bunları çox gözəl bilir, görür və başa düşür.


Saatlı rayonu Qaralar kənd sakini,
Vətən müharibəsi qazisi Elvin Abbasov
Geri dön