Ana Sayfa > Seçki 2024 > YAP Gədəbəy rayon təşkilatında Ərazi Partiya Təşkilat (ƏPT) sədrləri ilə silsilə görüşlər keçirilmişdir

YAP Gədəbəy rayon təşkilatında Ərazi Partiya Təşkilat (ƏPT) sədrləri ilə silsilə görüşlər keçirilmişdir


16-09-2022, 18:33. Yazar: admen
YAP Gədəbəy rayon təşkilatında Ərazi Partiya Təşkilat (ƏPT) sədrləri ilə silsilə görüşlər keçirilmişdir

AİA.Az xəbər verir ki,görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rùstem Nagıyev Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilmiş qərarlardan irəli gələn vəzifələrdən danışmış, partiya həyatında yaranan yeniliklərdən ,əldə olunan nailiyyətlərdən söhbət açmışdır. YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələrini ƏPT sədrlərinin diqqətinə çatdırmışdır. Həmçinin Yeni Azərbaycan Partiyasının noyabr ayında keçiriləcək 30 illik yubileyinin rayon ərazisində yüksək səviyyədə qeyd olunması ilə bağlı tədbirlərin müəyyən olunduğunu yada salaraq Ərazi Partiya Təşkilatlarında yubiley tədbirlərinin keçirilməsi üçün müəyyən tapşırıqlar vermişdir.
Geri dön