Ana Sayfa > Karusel > İŞİD silahlıları 48 nəfəri edam edib

İŞİD silahlıları 48 nəfəri edam edib


30-05-2016, 21:18. Yazar: admin
İŞİD silahlıları 48 nəfəri edam edib





Suriyada İŞİD terror qruplaşmasının silahlıları kürdlərin başçılıq etdiyi "Suriya Demokratik Qüvvələri" ilə əlaqədə şübhəli bilinən 48 nəfəri edam edib.

Aia.az-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə mayın 27-də baş verib.

Bildirilir ki, silahlılar dinc sakinləri bir yerə toplayaraq edam ediblər. Qeyd edək ki, "Suriya Demokratik Qüvvələri" hazırda İŞİD-in nəzarəti altında olan Suriyanın Rakka və Tabka şəhərlərinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edir.


aia.az
Geri dön