Ana Sayfa > Seçki 2024 > Şəmkirdə mağazadan 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Şəmkirdə mağazadan 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb


16-09-2022, 15:39. Yazar: sevinc1
Şəmkirdə mağazadan 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Şəmkirdə mağazadan oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 30 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması məlumatı daxil olub.

Keçirilən əməliyyatla oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.
Geri dön