Ana Sayfa > Manşet / Siyasət > Zakir Həsənov və Hulusi Akar telefonla danışdı

Zakir Həsənov və Hulusi Akar telefonla danışdı


15-09-2022, 09:14. Yazar: sevinc1
Zakir Həsənov və Hulusi Akar telefonla danışdı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

Bu barədə aia.az-a Müdafiə Nazirliyindən bildirilib.

General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

aia.az
Geri dön