Ana Sayfa > Seçki 2024 > Şəmkir şəhidini son mənzilə yola saldı

Şəmkir şəhidini son mənzilə yola saldı


14-09-2022, 17:43. Yazar: admen
Şəmkir şəhidini son mənzilə yola saldı

AİA.Az xəbər verir ki, sentyabrın 13-də Ermənistanın təxribatları nəticəsində şəhid olan Azərbaycan ordusunun əsgəri Süleymanov Xəyal Elxan oğlu doğulduğu Şeidlər kəndində dəfn edilib.

Şəhidimizin dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının Sədri Fəxrəddin Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları, hərbçi yoldaşları, rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə şəhidimizin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə çıxış edən Rəşad Tağıyev şəhidin ailə üzvlərinə baş sağlığı verib, Xəyal kimi qəhrəmman oğullarla hər bir azərbaycanlının fəxr etdiyini vurğulayıb.

Şəhidin ailə üzvləri də, övladları ilə qürur duyduqlarını bildirib, Vətən üçün canından keçən bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Qəhrəman igidimiz Şeidlər kəndində torpağa tapşırılıb.

Şəhidin tabutu üzərinə sərilən bayraq icra başçısı tərəfindən onun atasına verilib.
Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb.
Geri dön