Ana Sayfa > Karusel / Gündəm > Türkiyənin DİN rəhbərindən Azərbaycana
Türkiyənin DİN rəhbərindən Azərbaycana14-09-2022, 09:12. Yazar: sevinc1 |
Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında Azərbaycanca paylaşım edib. aia.az xəbər verir ki, DİN rəhbəri sosial şəbəkə hesabında Azərbaycana dəstək verib. “Birdir hər bir halımız, Sevincimiz – məlalımız. Bayraqlarda ayparamız, Azərbaycan-Türkiyə” Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalara şəhid olan azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin. Can Azərbaycan xalqına başsağlığı verirəm. Məqamları yüksək olsun inşallah”, - Süleyman Soylu sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. aia.az Geri dön |