Ana Sayfa > İdman > Xəzər rayonunda 15 Sentyabr - Bilik Gününə həsr olunmuş şahmat üzrə təsnifat turniri keçirilib
Xəzər rayonunda 15 Sentyabr - Bilik Gününə həsr olunmuş şahmat üzrə təsnifat turniri keçirilib13-09-2022, 10:30. Yazar: sevinc1 |
AİA.Az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər Gənclər Evində yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib. 3 nömrəli Respublika Şahmat Məktəbinin baş hakimi Gülzar Kərimovanın iştirakı və hakimliyi ilə 4-3 dərəcə uğrunda təsnifat yarışları baş tutub. Nəticələrə əsasən 4-cü dərəcə uğrunda Yusif Mövsümzadə,Gülay Əlizadə,Məhəmməd Abbasov, 3-cü dərəcə uğrundaRaul Rəhimov,Sahil İsrailzadə,Fateh Mirzəyev layiq görülüblər. Sonda qaliblər Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən diplomla təltif ediliblər. Geri dön |