Ana Sayfa > Manşet > Prezident abidəni ziyarət etdi

Prezident abidəni ziyarət etdi


27-05-2016, 16:41. Yazar: admin


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə mayın 27-də ziyarət edib.

Aia.az xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Geri dön