Ana Sayfa > Cəmiyyət > Bakıda polis polkovniki parkda öldü

Bakıda polis polkovniki parkda öldü


27-05-2016, 16:31. Yazar: admin
Bakıda polis polkovniki parkda öldü



Bakıda polis polkovniki parkda həyatını itirib

Aia.az xəbər verir ki, criminal.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində İctimai Təhlükəsizlik İdarəsində baş inspektor, polis polkovnik-leytenantı Ceyhun Həsənov bu gün səhər saatlarında Dədə Qorqud parkında idman edərkən halı pisləşib.

Huşunu itirərək yerə yıxılıan C.Həsənovun başı daşa dəyərək xəsarət alıb.

Yaxınlıqda onunla birlikdə idman edən adamlar köməklik etmələrinə baxmayaraq, o dünyasını dəyişib.

Hadisə yerinə təcili yardım da çağırılıb. Lakin artıq gec olub.

Bakı Şəhər Baş Polis İdarəsindən faktı təsdiqlədilər.
Geri dön