Ana Sayfa > Cəmiyyət / Manşet / Karusel > Tovuzda həyat yoldaşı ilə dalaşıb özünü yandıran kişi öldü — VİDEO

Tovuzda həyat yoldaşı ilə dalaşıb özünü yandıran kişi öldü — VİDEO


25-08-2015, 12:30. Yazar: admin


Azərbaycanın Tovuz rayonunda həyat yoldaşı ilə dalaşaraq özünü yandıran şəxs dünyasını dəyişib.

Aia.az APA-nın qərb bürosunun verdiyi məlumata istinadən xəbər verir ki, Qazax rayonunun Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev Bakıdakı Yanıq Mərkəzinə aparılarkən yolda ölüb.

Qeyd edək ki, hadisə Tovuz rayonunun Quşçu kəndində qeydə alınıb. Elsevər Qədimalıyev özünü üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön