Ana Sayfa > Seçki 2024 > S. Allahverdiyev: “AHİK cəmiyyətimizdə özünəməxsus yer tutub, beynəlxalq həmkarlar ittifaqı hərəkatında yüksək etimad qazanıb”

S. Allahverdiyev: “AHİK cəmiyyətimizdə özünəməxsus yer tutub, beynəlxalq həmkarlar ittifaqı hərəkatında yüksək etimad qazanıb”


12-09-2022, 11:44. Yazar: sevinc1
S. Allahverdiyev: “AHİK cəmiyyətimizdə özünəməxsus yer tutub, beynəlxalq həmkarlar ittifaqı hərəkatında yüksək etimad qazanıb”

Hörmətli Səttar müəllim, Sizi Ümumhəmkarlar İttifaqları Konfederasiyasının vitse prezidenti seçilməyiniz münasibəti ilə Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm!

Hörmətli Səttar müəllim, tam səmimiyyətlə və məsuliyyətlə deyə bilərəm ki, bu gün Siz istər respublikamızda, istərsə də həmkarlar hərakatının mövcud olduğu bütün digər ölkələrdə zəhmətkeşlərə xidmət göstərmək missiyasına sadiq lider kimi tanınmış, hörmət qazanmış və qiymətləndirilmisiniz. Sizin rəhbərliyiniz altında aparılan uğurlu sosial siyasət sayəsində bu gün AHİK cəmiyyətdə özünəməxsus yer tutub, beynəlxalq həmkarlar ittifaqı hərəkatında yüksək etimad qazanıb.

Azərbaycan ictimaiyyətinə yazşı məlumdur ki, Siz respublikamızın ictimai-siyasi həyatında da fəal iştirak edirsiniz, AHİK-nin üzv təşkilatları ilə birlikdə daim gənclərin fəallığını təmin etməyə, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına, dövlətin gənclər siyasətinə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsinə çalışırsınız.

Həmçinin Siz komitə üzvü kimi qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların), siyasi partiyaların, həmkarlar ittifaqlarının, dini qurumların, o cümlədən dini mərkəz və idarələrin, dini təhsil müəssisələrinin və dini icmaların statusu, təşkili və fəaliyyətinə dair qanun layihələrinin hazırlanmasında fəal iştirak etmisiniz. Milli Məclisin deputatı olaraq Əmək Məcəlləsinə edilmiş dəyişikliklər, əmək pensiyaları və sosial müavinətlər haqqında qanun layihələrinin hazırlanması və müzakirəsində fəal iştirak edib, rəy və təkliflərinizi vermisiniz. Fəaliyyətinizin əsas istiqamətlərindən birini şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlər təşkil edib. Azərbaycan Respublikasının “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”, bir çox beynəlxalq həmkarlar ittifaqı qurumlarının nüfuzlu mükafatları ilə təltif olunmusunuz.

Hörmətli Səttar müəllim, bütün bu sadaladıqlarımız göstərir ki, Siz, sözün həqiqi mənasında, Azərbaycan xalqının dəyərli ictimai xadimlərindən biri olaraq həyatınızı xalqımızın firavan yaşaması, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi uğrunda mübarizəyə həsr etmisiniz.

Bir daha Sizi ürəkdən təbrik edirəm və ən xoş arzularımı bildirmək istəyirəm. Sizə möhkəm cansağlığı və çox məsuliyyətli işinizdə uğurlar arzulayıram.


Hörmətlə,
Səməd Allahverdiyev,
Azərbaycan Dəniz Nəqliyyati Işçiləri
Həmkarlar Ittifaqi Respublika Komitəsi sədri
aia.az

Geri dön