Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatında Ərazi Partiya təşkilat sədrləri ilə növbəti yığıncaq keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatında Ərazi Partiya təşkilat sədrləri ilə növbəti yığıncaq keçirilmişdir.


10-09-2022, 15:28. Yazar: admen
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatında Ərazi Partiya təşkilat sədrləri ilə növbəti yığıncaq keçirilmişdir.

10 sentyabr 2022-ci il tarixdə YAP Göygöl rayon təşkilatının inzibati binasında keçirilən yığıncaqda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev iştirak etmişdir.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yığıncağı giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilmiş qərarlardan irəli gələn vəzifələrdən danışmış, partiya həyatındakı yeniliklərdən və nailiyyətlərdən söhbət açılmış, YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələrini diqqətə çatdırmışdır. Həmçinin Yeni Azərbaycan Partiyasının noyabr ayında keçiriləcək 30 illik yubileyinin rayon ərazisində yüksək səviyyədə qeyd olunması ilə bağlı tədbirlərin müəyyən olunduğunu önə çəkərək, Ərazi Partiya Təşkilatlarında yubiley tədbirlərinin keçirilməsi üçün tapşırıqlar vermişdir.
Sonra YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva “Bu gün Avropanın gündəmi Bakının siyasi gündəliyi əsasında, geosiyasi təqvimi isə Bakı vaxtı ilə müəyyən olunur” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü Fərid Dünyamalıyev gənclər adından çıxış edərək Azərbaycanın beynəlxalq siyasi arenada olan yeri və əldə olunan nailiyyətlər haqqında danışmış, dövlət siyasətinin ictimaiyyət arasında təbliği və izahı sahəsində YAP gənclərinin üzərinə düşən vəzifə və öhdəlikləri diqqətə çatdırmışdır.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev yekun nitqi ilə çıxış edərək bu gün cəmiyyətin avanqard hissəsi olan Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yaranmasından, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışmış, sözün əsil mənasında ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizin inkişafına həsr etdiyini vurğulayaraq, xalqımızın və dövlətimizin bu günü üçün Heydər Əliyevə borclu olduğumuzu qeyd etmişdir. Ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin həyatımızın bütün sahələrini əhatə etdiyini, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətə malik olduğunu, daim yeni-yeni uğurlara imza atıldığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni-yeni hədəflərin müəyyən olunduğu bildirmişdir. 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbənin yeni nəticələrindən, Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycan ordusunun nəzarətinə keçdiyindən xoş təəssüratla danışan Elvin Paşayev ölkə Prezidenti cənab İlham Əliyevin Brüsseldə keçirdiyi növbəti üçtərəfli görüşün nəticələrini, dünyanın diqqətində olan regional və beynəlxalq təhlükəsizliklə bağlı mühüm məsələlərin müzakirə edildiyi İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumu zamanı ölkə rəhbərinin söylədiyi dəyərli fikirləri diqqətə çatdırmış, yeni dünya nizamında Azərbaycanın özünəməxsus yerinin və xüsusilə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolunun olduğunu bildirmişdir.
Partiya veteranlarından Savalan Məhərrəmov və Ofeliya Rəhimova söz alaraq, yığıncaqda iştirak edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayevə rayonda gördüyü işlərə görə və Yeni Azərbaycan Partiyasına xüsusi önəm verdiyi üçün minnətdarlıq bildirərək, Partiya fəalları adından Dövlət və Partiya tapşırıqlarının icrası sahəsində daim nümunə olacaqlarına əminlik bildirmişlər.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin müsbət nəticələri bütün çıxış və nitqlərdə aktuallığı ilə səslənmiş, Ümummilli Lider Heydər Əliyev ideyalarının fəal təbliğatçısı olan YAP-ın hər bir üzvünün yeni-yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycanın bu məqsədlərə yüksək səviyyədə nail olmasına öz töhfəsini verdiyi bildirilmişdir. Eyni zamanda partiya fəallarının sosial şəbəkələrdə daha aktiv iştirak etmələri üçün ƏPT sədrlərinə lazımi tövsiyələr verilmiş, digər cari məsələlər müzakirə olunmuşdur.
Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında və partiya quruculuğu işində fərqlənən bir qrup şəxslərə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış fəxri fərmanlar və qiymətli hədiyyələr verilmiş, üzvlüyə yeni qəbul olunmuş bir qrup partiya üzvünə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Geri dön