Ana Sayfa > Ölkə > İyirmidən çox ölkədən beynəlxalq səyahətçinin Zəngilana səfəri başlayıb

İyirmidən çox ölkədən beynəlxalq səyahətçinin Zəngilana səfəri başlayıb


10-09-2022, 08:55. Yazar: admen
İyirmidən çox ölkədən beynəlxalq səyahətçinin Zəngilana səfəri başlayıb

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb.

AİA.Az "Report"a istinadən bildirir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP ("Most Travelled People"- red) klubunun təsisçisi Şarl Veleydir.

Beynəlxalq səyahətçilər ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə yollanıblar. Onlar səfər zamanı Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.
Geri dön