Ana Sayfa > Təhsil > DİM: İmtahan nəticələri ilə bağlı apellyasiya prosesi təşkil ediləcək

DİM: İmtahan nəticələri ilə bağlı apellyasiya prosesi təşkil ediləcək


9-09-2022, 16:39. Yazar: admen
DİM: İmtahan nəticələri ilə bağlı apellyasiya prosesi təşkil ediləcək

Sentyabrın 4-də 9-cu və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) AİA.Az-a bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən sentyabrın 14-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər sentyabrın 12-si saat 10:00-dan sentyabrın 14-ü saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Geri dön