Ana Sayfa > Seçki 2024 > AHİK beynəlxalq təşkilatlarda mövqelərini möhkəmləndirir

AHİK beynəlxalq təşkilatlarda mövqelərini möhkəmləndirir


9-09-2022, 15:14. Yazar: sevinc1
AHİK beynəlxalq təşkilatlarda mövqelərini möhkəmləndirir

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkə daxilində olduğu kimi, beynəlxalq təşkilatların üzvü kimi də aktiv fəaliyyət göstərir. Məhz bu fəaliyyətin səmərəliliyi çoxsaylı ölkələrin həmkarlar təşkilatlarını birləşdirən qurum və təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Belə mötəbər beynəlxalq qurumlardan biri də MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirən Ümumhəmkarlar İttifaqları Konfederasiyasıdır (ÜHİK). O cümlədən AHİK 2004-cü ildən bu qurumun fəal üzvüdür.

Sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ÜHİK-nın 9-cu Qurultayı keçirilib. Həmin Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı cənab Səttar Möhbalıyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.

Bu münasibətlə hörmətli Səttar müəllimi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin bütün üzvləri adından, rayonumuzun bütün təhsil işçiləri adından ürəkdən təbrik edirik. Heç bir şübhə yoxdur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bundan sonra da öz fəaliyyətini yüksək səmərəliliklə davam etdirəcək, Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kursla dövlətimizin daha da güclənməsinə və xalqın rifah yüksəlişinin daha da sürətlənməsinə dəyərləri töhfələrini verəcək.

Həzərxan Əbilov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Xəzər rayon Komitəsinin sədri


Geri dön