Ana Sayfa > Siyasət > Zakir Həsənov general-leytenant Abdullah Katırcı ilə görüşüb
Zakir Həsənov general-leytenant Abdullah Katırcı ilə görüşüb9-09-2022, 12:16. Yazar: sevinc1 |
![]() Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-leytenant Abdullah Katırcını qəbul edib. Bu barədə aia.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb. Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək. aia.az Geri dön |