Ana Sayfa > Manşet / Siyasət > Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb
Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb9-09-2022, 09:50. Yazar: sevinc1 |
![]() Avropa İttifaqı (Aİ) Azərbaycanın 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb. aia.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb. “Brüsseldəki müzakirələrdən sonra daha 5 erməni hərbçinin Bakı tərəfindən təhvil verilməsini alqışlayırıq. Həll edilməmiş bütün humanitar məsələləri həlli əsas prioritetdir”, - o bildirib. Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib. aia.az Geri dön |