Ana Sayfa > Şou-biznes > Aysel Şükürdən anasına ağır sözlər:
Aysel Şükürdən anasına ağır sözlər:8-09-2022, 15:45. Yazar: sevinc1 |
Tanınmış influenser Aysel Şükür açıqlamaları ilə gündəmə gəlib. aia.az sfera.az-a istinadla xəbər verir ki, influenser instaqram səhifəsində "Sizin ananız arıdır" sualına "Hə, hamını sancır", - deyə, cavab verib. Şükür daha sonra "Anam haqqında yazdıqlarım ona pis təsir edib, səhər-səhər mənə bir ton səs atıb. Nə olsun anamdır? Mən sözün düzünü deyirəm. Təsəvvür edin: Heç kimi bəyənmir bu insan - nə qız, nə oğlan! Hamıya yuxarıdan aşağı baxır, hamı haqqında - hətta tanımadığı insanlar haqda elə sözlər deyir ki... Dəfələrlə eşitmişəm - demişəm ki, yanımda belə şeylər danışma, namaz qılırsan, görüb bilmədiyin şeylər haqda heç kimin haqqına girmə. Nə olsun anamsan? Bu qədər də yox da... Hər şey kənardan göründüyü kimi deyil, dostlar. İçim özümü, çölüm özgəni yandırır. Təkcə anam yox, ailəmin digər üzvləri də beş-betərdilər. Təəssüf ki, hər kəs ailəsini seçə bilmir. Hətta ayrılmaq, boşanmaq səbəblərimdən biri də anamdır. O qədər məni doldurdu ki, başımı xarab elədi. İndiyədək deyinir, guya, məni çox istəyir. Övlad sevgisi sizdəki kimi olmur, vaxtında sevgi görsəydim, sevgini başqalarında axtarıb, bu günlərə düşməzdim", deyə paylaşım edib. aia.az Geri dön |