Ana Sayfa > Seçki 2024 > YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında yığıncaqları davam etdirir.

YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında yığıncaqları davam etdirir.


8-09-2022, 13:22. Yazar: sevinc1
YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında yığıncaqları davam etdirir.

AİA.Az xəbər verir ki bu gün, 08 sentyabr 2022-ci il tarixdə Daşkəsən Elektrik Şəbəkəsi ərazi partiya təşkilatında yığıncaq keçirildi.Yığıncaqda YAP Daşkəsən rayon təşkilatı sədrinin müavini Elşən Alıyev və məsul işçilər iştirak etdi.Yığıncaqda çıxış edənlər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, Brüsselə və Romaya etdiyi çox böyük əhəmiyyəti olan səfərlərdən, işğaldan azad olunmuş ərazilərdə böyük tikinti, quruculuq və abadlıq işlərinin aparılmasından və keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaqlarından geniş şəkildə söhbət açıldı.

YAP fəalı,Qarabağ qazisi Əliyev Emin Etibar oğlu keçdiyi döyüş yolundan, əvəzsiz qələbəmizdən söhbət açdı və onu ad günü münasibətilə təbrik edənlərə təşəkkürünü bildirdi.

YAP Daşkəsən rayon təşkilatının qiymətli hədiyyəsi və gül dəstələri E.E.Əliyevə təqdim olundu.

Daşkəsən Elektrik Şəbəkəsində işləyən iki nəfər gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.
Geri dön