Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 502 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
Azərbaycanda 502 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb7-09-2022, 16:39. Yazar: sevinc1 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 189 aktiv xəstə var. Bu günə qədər 9 838 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 343, bu günə qədər isə ümumilikdə 7 180 867 test icra olunub. aia.az Geri dön |