Ana Sayfa > Seçki 2024 > Bakıda kütləvi dava olub, xəsarət alanlar var

Bakıda kütləvi dava olub, xəsarət alanlar var


7-09-2022, 10:21. Yazar: sevinc1
Bakıda kütləvi dava olub, xəsarət alanlar var

Bakıda azı iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Qeybətov Vasif Valeh oğlu və 1995-ci il təvəllüdlü Məmmədov İlqar Telman oğlu kütləvi dava zamanı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

aia.az
Geri dön