Ana Sayfa > İdman > "Ayax"ın yeni baş məşqçisi müəyyənləşdi

"Ayax"ın yeni baş məşqçisi müəyyənləşdi


25-05-2016, 20:19. Yazar: admin
"Ayax"ın yeni baş məşqçisi müəyyənləşdi




Hollandiya Erediviziyasında çempionluğu son turda əldən verən "Ayax"ın yeni baş məşqçisi müəyyənləşib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, Frank de Burun gedişindən sonra boş qalmış vəzifə Peter Bosa tapşırılıb. İsraili mütəxəssislə 2019-cu ilin yayına kimi müqavilə imzalanıb. 52 yaşlı Bos çalışdığı "Maccabi Tel Aviv"lə 2017-ci ilə kimi nəzərdə tutulmuş müqaviləsini pozaraq Amsterdam klubunun sükanı arxasına keçib.

Peter Bos "Vitesse" (1981-84) və "Feyenoord"dakı (1991-96) çıxışı ilə holland azarkeşlərə məlumdur. O, 2006-09-cu illərdə Rotterdam klubunda texniki direktor vəzifəsini icra edib. Bundan başqa "Heracles" və "Vitesse"də baş məşqçi kimi çalışıb.

aia.az
Geri dön