Ana Sayfa > Media > Azərbaycan dövləti Avropanın enerji təhlükəsizliyində getdikcə artan rola sahibdir
Azərbaycan dövləti Avropanın enerji təhlükəsizliyində getdikcə artan rola sahibdir6-09-2022, 14:11. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfər etmişdir. Prezident İlham Əliyevin özünün də qeyd etdiyi kimi bu onun İtaliya Respublikasına 7-ci işgüzar səfəri idi. Cənab prezidentin bu dəfəki səfəri digər səfərlərdən fərqləndirən cəhəti Azərbaycan və İtaliya respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etməsi idi. Bu 30 ildə ölkələrimiz arasında siyasi, iqtisadi, və mədəni sahələrdə qurulan əlaqələr ölkələrimiz arasında münasibətlərin daha da yaxşılaşmasına və dostluq səviyyəsində inkişaf etməsinə səbəb olmuşdur. Bu gün bunun nəticəsidir ki, İtaliyada Azərbaycan dövlətinə və xalqına qarşı xüsusi rəğbət var. İtaliya ilə hələ ötən əsrdə 90-cı illərin əvvəllərində Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən xarici siyasətin əsasında iqtisadi münasibətlərin qurulması və onun gələcək perspektivlərinin əsası qoyulmuşdu. 1997-ci il 25-28 sentyabrda ulu öndər Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olmuşdur. Həmin səfərdə Heydər Əliyev Roma və Neapol şəhərlərinin merləri və böyük İtaliya şirkətlərinin təmsilçiləri ilə də görüşlər keçirmiş, iki dövlət arasında siyasi, iqtisadi, mədəni əməkdaşlıq üzrə yeddi saziş imzalanmışdır. Sonralar bu əməkdaşlıq strateji xətt üzrə inkişaf etdirilərək ardıcıl xarakter almışdı. Prezident İlham Əliyevin bu ölkəyə sonuncu səfəri 2020-ci ildə olmuşdur ki, o zaman İtaliya və Azərbaycan respublikaları arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Prezident İlham Əliyevin sentyabrın 2-dək davam edən növbəti səfəri çərçivəsində İtalya Prezidenti və Baş naziri ilə görüşləri olmuş, ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlığa dair geniş məsələlər müzakirə edilmişdir. Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdir. Əlbəttə, bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi. Azərbaycan dövləti Avropanın enerji təhlükəsizliyində getdikcə artan rola sahibdir. O cümlədən İtaliya üçün də bu planda Bakı ilə strateji tərəfdaşlığın əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Belə ki, Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artacağı gözlənilir. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən Prezident İlham Əliyev bəzi tarixi məqamlara diqqəti yönəldərək bildirmişdir ki, ölkəmizdə enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə ölkəmiz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olmuşdur. Tezliklə ölkəmiz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilmişdir. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Azərbaycan son bir il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edib ki, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Təbii ki, qısa müddət ərzində bu, yüksək göstəricidir. Dövlətimizin başçısı bu il həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyin planlaşdırıldığını vurğuladı. Bu da dövlətimizin bu istiqamətdə artan rolunu bir daha təsdiqləyir və əlaqələrimizin daha da inkişafına münbit şərait yaradır. Dövlətlərimiz arasında təhsil sahəsində əməkdaşlıq 2002-ci il iyunun 1-də Bakıda hökumətlər arasında Mədəniyyət, Elm və Texnologiya sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə genişlənməyə başlayıb. Prezident S.Mattarellanın Azərbaycana 2018-ci il 18-19 iyulda dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında “Ali təhsil üzrə Birgə Bəyannamə” imzalanıb.İmzalanan bir çox sənədlər Azərbaycan və İtaliyanın universitetləri arasında əməkdaşlığı genişləndirib, həmçinin tələbə və akademik mübadilələri ehtiva edən proqramların icrası prosesini asanlaşdırıb. Həmçinin Romada Azərbaycan səfirliyinin yeni binasının açılışı, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi, keçirilən ən yüksək səviyyəli görüşlər qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə müsbət dinamika ilə inkişaf etdiyini göstərir. Artıq Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu, o deməkdir ki, görüşün gündəliyi doğrudan da çox geniş olmuşdur. Səfər çərçivəsində Prezident İlham Əliyev yerli “İl Sole 24 Ore” qəzetinə müsahibəsində qalib ölkə olan Azərbaycanın haqlı mövqeyi, regionda vəziyyətin sülhə doğru inkişafı baxımından aparılan danışıqlar, Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində infrasturukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verdi. Beynəlxalq Çernobbio Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycana yalnız böyük şirkətlərin, ayrı-ayrı dövlətlərin deyil, həm də nüfuzlu beyin mərkəzlərinin marağı artmışdır. Gündüz Bayramov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Geri dön |