Ana Sayfa > Karusel / Ölkə > Bölgələrə leysan yağıb -
Bölgələrə leysan yağıb -6-09-2022, 12:55. Yazar: sevinc1 |
Sentyabrın 6-na olan məlumatına əsasən Böyük Qafqazın dağlıq ərazilərindən başlayaraq bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Bu barədə aia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bildirilib ki, Balakən-Şəki və Lənkəran-Astara zonasında leysan xarakterli intensiv yağış olub. Yağan leysan yağış nəticəsində Talaçaydan (Zaqatala) sel keçib. Lənkəranda 29 mm (aylıq normanın 49%-i), Astarada 24 mm (aylıq normanın 48%-i), Zaqatalada 16 mm, Balakəndə 11 mm, Yardımlıda 10 mm, Vəlvələçay-Təngəaltıda 9 mm (Quba), Lerikdə 8 mm, Əyriçay-Başdaşağılda (Oğuz) 7 mm, Qubada 5 mm, Sarıbaşda (Qax) 4 mm, Ləzədə 3 mm, Qusar, Kişçayda (Şəki) 2 mm, Şəki, Qəbələ, Qobustan, İsmayıllı, Qrız, Oğuzda 1 mm, Abşeron Dəniz rayonunda: Çilov adasında yağış yağıb. Şimal-qərb küləyi Ağdam, Ağstafa, Salyan, Neftçala, Gəncədə 20 m/s, Şirvanda 19 m/s, Naftalan, Tovuz, Tərtər, Beyləqanda 18 m/s, Ceyrançöldə 17 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Neft Daşlarında 21 m/s, Çilov adasında 20 m/s, Ələtdə 19 m/s, Pirallahı, Binədə 18 m/s müşahidə olunub, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 m olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 8-dək davam edəcəyi gözlənilir. aia.az Geri dön |