Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Lerikdə qəzaya düşən şəxslərin durumu necədir? -

Lerikdə qəzaya düşən şəxslərin durumu necədir? -


6-09-2022, 11:20. Yazar: sevinc1
Lerikdə qəzaya düşən şəxslərin durumu necədir? -

Lerik rayonunun Günəşli kəndində baş verən qəzada xəsarət alanlardan iki nəfər TƏBİB-in tabeliyindəki Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülüb.

Bu barədə Oxu.Az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

“Hazırda xəsarət alan altı nəfərdən dördü Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, ikisi isə Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Onların vəziyyəti orta ağır olaraq qalır”, - deyə qurum rəsmisi əlavə edib.

aia.az
Geri dön