Ana Sayfa > Parlament > Bakıda avtomobil ana və iki yaşlı qızını vurub
Bakıda avtomobil ana və iki yaşlı qızını vurub6-09-2022, 11:12. Yazar: sevinc1 |
Bakıda avtomobil ana və qızını vuraraq xəsarət yetirib. aia.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında 1989-cu il təvəllüdlü Süleymanova Roza Abbas qızı və qızı, 2020-ci il təvəllüdlü Süleymanova Mələk Elşad qızı yolu keçərkən avtomobil onları vurub. Yaralılar təcili tibbi yardım avtomobilinin köməkliyilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı R.Süleymanovaya açıq kəllə-beyin travması, M.Süleymanovaya isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.(report) aia.az Geri dön |