Ana Sayfa > Media > Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi deməkdir
Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi deməkdir5-09-2022, 20:43. Yazar: admen |
3 Sentyabr 2022-ci il tarixində Azərbaycan Respubilkasının Diasporla İş üzrə Dövlət komitəsi könülüllər üçün Şuşa səfəri təşkil etdi.Səfər çərçivəsində gənclər 30 il Erməni vandalizminə məruz qalan Şuşa şəhəri ilə tanış oldular. 30 il öncə, Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalı ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün isə "ən ağır itki" idi. Alınmaz qala hesab etdiyimiz Şuşa “hansısa səbəblərdən”, xəyanətlər ucbatından düşmən tapdağı altına düşmüşdü. Əlbəttə ki, Şuşanın işğalı sadəcə bir şəhərimizin işğal altına düşməsi deyildi. Şuşa Azərbaycanın mənəvi simvolu, Qarabağın tacı idi və Şuşanı itirmək ümumilikdə Dağlıq Qarabağı itirmək mənasını daşıyırdı. Beləliklə, Şuşa həm Azərbaycan, həm də işğalçı Ermənistan üçün xüsusi məna daşıyan bir simvol idi. 8 noyabr tarixində Şuşanın şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması da bu baxımdan xüsusi məna kəsb edirdi. Əbəs yerə deyilməmişdir ki, “Şuşaya nəzarət edən ümumilikdə Qarabağa nəzarət edər”. Bu söz tam reallığı əks etdirir. 10 noyabr tarixli bəyanat da bunun əyani sübutudur. Şuşanın işğaldan azad olunmasından cəmi iki gün sonra Ermənistanın ağ bayraq qaldırması və özləri üçün kapitulyasiya mahiyyəti daşıyan bəyənatı imzalaması da bu baxımdan gözlənilən idi. Tarixi şəhərimiz olan Şuşanın düşmən tapdağından azad olunması əlbəttə ki, yurdumuzda da böyük sevinc və qürur hissinə səbəb oldu. Ordumuzun , xüsusilə də Şuşa əməliyyatını həyata keçirən xüsusi təyinatlılarımızın şücaəti, əzmi, yenilməz iradəsi hər birimizin qəlbini qürurla doldurdu. Çünki, biz bilirik ki, Şuşanı almaq, demək olar ki, mümkünsüzə yaxın bir ehtimaldır. Bunun üçün ancaq xüsusi mərdlik, fədakarlıq göstərilməli və ölümə gözü qara gedilməlidir. Ölkə başçımızın da Şuşanın işğaldan azad olunması ilə bağlı dediyi kimi: “Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik”. Bəli, biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək qazandıq. Biz bu gün Şuşaya səfər edə bilirksə bu Ali Baş Komandanımız Cənab İlham Əliyevin uzaqgörən siyasəti və bizim yenilməz Ordumuzun gücü sayəsindədir.Buna görədə biz Cənab Ali Baş Komandanımıza və Ordumuza sonsuz təşəkkürümüzü bildiririk.Allahdan Şəhidlərimizə rəhmət,Qazilərimizə şəfa diləyirik. Cənab Prezident İlham Əliyev Şuşaya səfər edərkən Şuşanın yenidən qurulması, bərpası istiqamətində planlardan söz açır. Əlbəttə ki, bu xalqımız üçün izzah edilməz bir sevincdir. Cəmi, 2 il öncəyə qədər uzaqdan həsrətlə baxdığımız, qəlbimizdə yanğı ilə söz açdığımız Şuşa bugün öz əzəli sahiblərinə qaytarılıbdır. Ancaq təəssüf ki, Şuşa əvvəlki Şuşa deyil. Düşmən illərdir ki, Şuşanın təbii gözəlliyinə, onun Azərbaycanın izlərini daşıyan tarixi abidələrinə xələl yetirmək üçün əlindən gələni edib. Şuşadan izlərimizi silmək üçün xüsusi vandallıqla bina və məscidlər, tarixi abidələr dağıdılıb, sökülüb və təhqirlərə məruz qalıb. Maraqlıdır, 44 günlük müharibənin bitməsindən saatlar, günlər sonra xristian məbədlərinin taleyi ilə bağlı narahatlıqlarını bildirən ölkələr və beynəlxalq təşkilatlar buna niyə göz yumub. Əgər məsələ tarixi abidələrin və ya tarixi irsin qorunması ilə bağlıdırsa onda Azərbaycanın da tarixi abidələri, dini ibadətgahları ilə bağlı eyni həssaslığın göstərilməsini tələb etmək bizim də ən təbii haqqımızdır. Ancaq təəssüf ki, beynəlxalq təşkilatlar bu mövzuda ədalətli mövqe sərgiləməkdən çox uzaqdırlar. 30 illik işğal dövründə təcavüzkar Ermənistan demək olar ki, Şuşada heç bir bərpa-quruculuq və ya yenidənqurma işləri görməmişdir.Biz bunu səfər zamanı bir daha müşahidə etdik. Cənab İlham Əliyev Şuşada olarkən bu məsələyə xüsusilə toxunmuş və bildirmişdir ki, ermənilər burada demək olar ki, bir dənə də bina tikməyiblər. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə etmiş və azərbaycanlıların evlərində yerləşmişlər. Sual olunur, əgər Şuşa həqiqətən də tarixi erməni torpağıdırsa və ya ermənilər Şuşanı özlərininki kimi qəbul edirlərsə niyə illərdir bu torpaqları bərpa etmək üçün heç nə etməyiblər. Niyə qurub yaratmayıblar. Cavab bəsitdir: Şuşa tarixi Azərbaycan torpağıdır və ermənilər bunu çox yaxşı bilir. Həmçinin, onlar bilirdilər ki, tez və ya gec onsuzda Azərbaycan bir gün geri qayıdacaq və öz ərazi bütövlüyünü bərpa edərək sadəcə Şuşanı deyil, bütünlükdə Qarabağı işğaldan azad edəcək. Və gözlənilən oldu. Azərbaycan öz dəmir yumruğunu işə saldı və haqqı bərpa etdi. Əminliklə deyə bilərik ki, indi-Şuşa öz əzəli sahiblərinə qayıtdıqdan sonra, çiçəklənmə dövrünü yaşayacaqdır. Ölkə başçısının da dediyi kimi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Bəli, Şuşanın əsil sahibləri onu dirçəldəcək. Onu sadəcə Azərbaycanın, sadəcə regionun deyil, dünyanın ən gözəl məkanına çevirəcək. Bənzərsiz təbiəti ilə göz oxşayan Şuşamız bundan sonra öz layiqli dəyərini alacaq və cənnət guşəsinə çevriləcək. Artıq bu istiqamətdə əməli fəaliyyətə başlanılmışdır. Heç bir şübhə yoxdur ki, çox da uzaq olmayan gələcəkdə Şuşa tamamilə yeni görkəmdə öz qonaqlarını qəbul edəcək və ən gözəl istirahət bölgəsinə çevriləcəkdir. Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır! Sailə Salahova Geri dön |