Ana Sayfa > İqtisadiyyat > Azərbaycan “OPEC plus”un oktyabrda avqust səviyyəsində neft istehsalı ilə bağlı qərarını dəstəkləyib

Azərbaycan “OPEC plus”un oktyabrda avqust səviyyəsində neft istehsalı ilə bağlı qərarını dəstəkləyib


5-09-2022, 20:17. Yazar: admen
Azərbaycan “OPEC plus”un oktyabrda avqust səviyyəsində neft istehsalı ilə bağlı qərarını dəstəkləyib

AIA.Az xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 32-ci iclasında oktyabrda 2022-ci ilin sentyabr ayındakı səviyyədən 100 min barrel az olmaqla avqustdakı həcmdə gündəlik neft hasil edilməsi ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da dəstəyini ifadə edib.

Yeni qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barrel xam neft hasilatı nəzərdə tutulur.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçısı olan ölkələrin avqust üzrə gündəlik xam neft kvotası 43 855 min barrel təşkil edir ki, bu da ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı hasilat göstəricilərinə bərabərdir.
Geri dön