Ana Sayfa > Seçki 2024 > Mövcud böhran vəziyyətində Azərbaycanın Aİ ölkələri üçün əhəmiyyəti getdikcə daha da artır

Mövcud böhran vəziyyətində Azərbaycanın Aİ ölkələri üçün əhəmiyyəti getdikcə daha da artır


5-09-2022, 20:01. Yazar: admen
Mövcud böhran vəziyyətində Azərbaycanın Aİ ölkələri üçün əhəmiyyəti getdikcə daha da artır

Azərbaycan Rrespublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına səfər çərçivəsində sentyabrın 2-də Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda etdiyi çıxışında Azərbaycan-İtaliya əməkdaşlıq münasibətlərinin strateji istiqamətləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, Azərbaycanın xarici siyasətində müəyyən edilmiş prioritetlər və bir sıra digər önəmli məsələlər barədə dolğun açıqlamalar, ətraflı təhlillər öz əksini tapmışdır.

İlk növbədə möhtərəm dövlət başçımız İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədin 2020-ci ildə imzalandığını xatırladaraq bildirdi ki, ölkələrimiz arasında hər zaman fəal siyasi dialoq mövcuddur. Bu dialoqun mühüm səciyyəvi cəhətlərindən biri onun mütəmadi olaraq yeni və olduqca vacib mövzularla genişlənməsidir. Əlbəttə ki, Avropanın ən böyük iqtisadiyyata malik olan ölkələrindən olan İtaliya ilə əməkdaşlıq əlaqələrini genişləndirmək Azərbaycan üçün olduqca önəmlidir. Digər tərəfdən isə Avropa İttifaqının hazırda qarşılaşdığı böhran vəziyyətində Azərbaycanın da Aİ ölkələri üçün əhəmiyyəti getdikcə daha da artır. Xatırlatmaq yerinə düşər ki, Ölkə Prezidenti cənab İlham Əliyev hələ bir neçə il öncə etdiyi çıxışlarında da İtaliyanın Azərbaycanla qurduğu əməkdaşlıq münasibətlərinin digər Avropa ölkələri üçün də əsl örnək ola biləcəyini qeyd etmişdi.

Bu gün İtaliyanın neftlə təchizatında Azərbaycan birinci yeri tutur. Ümumiyyətlə bu münasibətlərin artıq kifayət qədər böyük tarixi var. Hələ 1994-cü ildə Azərbaycan dünyanın aparıcı neft şirkətlərini Xəzər dənizində neftçıxarma sahəsində ilk olaraq əməkdaşlığa çağıran ölkə olmuşdu. Bundan az müddət sonra isə Aazərbaycan Avropaya neft ixrac etməyə başladı və İtaliya neftimizi idxal edən əsas ölkələrdən biri oldu. İlk baxışda ölkəmizin açıq dənizlərdən heç birinə çıxışı olmaması neft ixracını çətinləşdirməli idi. Lakin Azərbaycan iki strateji neft boru kəmərinin inşası ilə bu problemi həll edə bildi. Türkiyənin Aralıq dənizi və Gürcüstanın Qara dəniz sahillərində yerləşən limanlarınadək uzanan bu boru kəmərləri Avrasiyanın enerji xəritəsini yenidən cızdı. Bununla da Azərbaycan dünya bazarlarına, xüsusən də Avropaya neft təchizatını şaxələndirməyə nail oldu.

Məlumdur ki, bu gün Avropa ölkələri təbii qaz təchizatı ilə bağlı çox böyük problemlərlə üz-üzədir. Rusiya-Ukrayna müharibəsi isə vəziyyəti əsl böhran həddinə çatdırıb. Məhz bu baxımdan da hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi ilə bağlı önəmi getdikcə artır. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, 2.6 trilyon həcmində təsdiq edilmiş tğbii qaz ehtiyatlarına malik olan Azərbaycan son 10 il ərzində özünü enerji bazarında etibarlı təchizatçı kimi təsdiq edə bilmişdir.

2020-ci ilin son günü – dekabrın 31-də Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixracını təmin edən Cənub Qaz Dəhlizi layihəsi tamamlanaraq istifadəyə verildi. Həmin gündən ötən dövr ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri məhz İtaliyanın payına düşür. Lakin yaranmış vəziyyətdə Avropa bu həcmləri artırmaqda çox maraqlıdır. Ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladılar ki, bu da tərəflərin enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır.

Təbii ki, Avropa ölkələri üçün enerji sahəsində əməkdaşlıq etdikləri Azərbaycanın xarici siyasət prioritetləri də son dərəcə maraqlı və əhəmiyyətli məqamlardır. Çernobbio Forumunun gedişində moderator tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan suallarda da bu məqam öz əksini tapmışdı. Həmin sualları cavablandıran Ölkə Prezidenti cənab İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan tam müstəqil siyasət yürüdən bir ölkədir və heç zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Geri dön