Ana Sayfa > Siyasət > YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatları sədrlərinin yığıncağını keçirdi

YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatları sədrlərinin yığıncağını keçirdi


2-09-2022, 13:27. Yazar: sevinc1
YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatları sədrlərinin yığıncağını keçirdi


Bu gün, 02 sentyabr 2022-ci il tarixdə YAP Daşkəsən rayon təşkilatının qərargahında ƏPT sədrlərinin yığıncağı keçirildi.

aia.az xəbər verir ki, yığıncağı giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev tarixi qələbəmizdən,Ölkə Prezidenti cənab İlham Əliyevin Brüsseldə keçirdiyi çox uğurlu üçtərəfli görüşdən,Laçın şəhərinə və iki kəndə nəzarətin Azərbaycan Ordusu tərəfindən həyata keçirilməsindən söhbət açdı.

Yığıncaq iştirakçılarına bu ilin noyabr ayında partiyamızın 30 illik yubileyinin rayon ərazisində yüksək səviyyədə keçirilməsilə bağlı hazırlanan tədbirlər planı və yerlərə göndərilməsi nəzərdə tutulan YAP fəallarının siyahısı təqdim olundu.

Eyni zamanda sosial şəbəkələrdə partiya fəallarının daha da aktiv olmaları ilə bağlı sədrlərə müvafiq tapşırıqlar verildi.

Yığıncaqda çıxış edənlər Ölkə Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasətin əhali arasında geniş şəkildə təbliğinin təşkil olunmasına və partiyamızın 30 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təşkil edəcəklərinə söz verdilər.

Yığıncaqda digər cari məsələlərdə müzakirə olundu.

aia.az
Geri dön