Ana Sayfa > Seçki 2024 > YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri “Gender bərabərliyi” mövzusuna həsr edilmişdir.

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri “Gender bərabərliyi” mövzusuna həsr edilmişdir.


2-09-2022, 10:35. Yazar: sevinc1
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri “Gender bərabərliyi” mövzusuna həsr edilmişdir.

“İdeoloji maarifləndirmə konsepsiyası" ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirlinin təşkilatçılığı ilə "Gender bərabərliyi" mövzusunda tədbir Heydər Əliyev adına park-bulvarda keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Fidan Nəsirli iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanda həyata keçirilən gender siyasəti haqqında danışmışdır. Fidan Nəsirli qeyd etmişdir ki, Ulu Öndər H.Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar, xüsusilə qanunvericilik bazasının formalaşdırılması ölkəmizdə demokratik cəmiyyətin qurulmasına böyük töhfələr verib. F.Nəsirli çıxışında Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamışdır.

AIA.Az xəbər verir ki, tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu bildirərək, bu xüsusiyyətlərə sadiq olmanın vacibliyini söyləmişdir. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu dövlət qadın siyasətindən, gender bərabərliyindən danışmış, bu siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi, Fəlsəfə üzrə elmlər doktoru Vəsilə Möhsümova mövzu ilə bağlı qanunvericilik bazasının formalaşmasından geniş söz açdı. Qeyd etdi ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, Azərbaycanda qadınların rolunun artırılması haqqında verdiyi sərəncamlar, 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" imzaladığı Fərman Heydər Əliyev ideyalarının Azərbaycanda gender bərabərliyinin təminatçısı olduğunu təsdiq edir.

Gender bərabərliyinin təmin olunmasından söz açan təbliğat qrupunun üzvü, RİH-nin nümayəndəsi Şəmsiyyə Abbaszadə qeyd etdi ki, müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır. O, tədbir iştirakçılarını ölkəmizdə və rayonumuzda gender siyasəti ilə bağlı hazırki statistik məlumatlarla tanış etdi.

Tədbirdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri- Şamxal Yaqubov, Elməddin Əsgərxanov, Əlövsət Məmmədov, Aydın Qasımov, Elçin Cəfərli, həmçinin YAP fəalı Elmir Məmmədov, QHT-lərdə müxtəlif layihələrin rəhbərləri olan Ülviyyə Babayeva, Namaz Kərimov öz çıxışları ilə fəallıq göstərmiş, mövzunun aktuallığını və əhəmiyyətini xüsusi vurğulamış, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi fonunda gender bərabərliyinin zəruriliyini önə çəkmişlər.

Tədbir diskussiya şəraitində davam etmişdir.

Geri dön