Ana Sayfa > Manşet / Gündəm > General-mayor Bəkir Orucov saxlanılıb

General-mayor Bəkir Orucov saxlanılıb


2-09-2022, 10:34. Yazar: sevinc1
General-mayor Bəkir Orucov saxlanılıb

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

aia.az
Geri dön