Ana Sayfa > Dünya > Rəqsanə 6 fərqli obrazda – FOTO

Rəqsanə 6 fərqli obrazda – FOTO


25-05-2016, 14:18. Yazar: admin


Kövrək, həssas, cazibədar, zərif, ecazkar, şıltaq.

Bu gün 37 yaşına qədəm qoyan tanınmış estrada müğənnisi Rəqsanə İsmayılova yeni fotosessiya etdirib.

Aia.az xəbər verir ki, fotolarda 6 müxtəlif obrazı canlandıran Rəqsanənin xeyli çəki atdığı diqqətdən yayınmır. Müğənni 17 kq arıqlayıb.

Fotosessiya Moskvada gerçəkləşib, müğənninin imici üzərində əcnəbi stilistlər çalışıb. İfaçının üzərindəki libaslar isə qızı Aysunun əl işidir.

Qeyd edək ki, müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayan Rəqsanə İsmayılova 1979-cu ildə Goranboy rayonunun Muzdurlar kəndində anadan olub.

“Bivəfa”, “O bilər, mən bilərəm”, “Mən səni görmək istəsəm, hara gəlim?”, “Yuxumda”, “Payız” kimi mahnıları onun məşhurluğa doğru gedən yolda ifa etdiyi hit mahnılar sırasındadır.

Rəqsanənin müğənniliklə yanaşı aparıcılıq fəaliyyəti də var. İfaçı ötən il ATV kanalında yayımlanan “Göz önündə” verilişinin müəllifi və aparıcısı olub.

Estrada ulduzu ailəlidir, Aysun və Yağmur adlı 2 qız övladı var.














Geri dön