Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda daha 561 nəfər koronavirusa yoluxdu
Azərbaycanda daha 561 nəfər koronavirusa yoluxdu1-09-2022, 16:56. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 813 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 800 722 nəfər müalicə olunaraq sağalıb, 9805 nəfər vəfat edib, aktiv xəstə sayı 3471 nəfərdir. Ölkədə son sutka ərzində 4071, hazırkı dövrədək isə 7 159 317 test aparılıb. aia.az Geri dön |