Ana Sayfa > İdman > Xəzər rayonunda "Məhəllələrarası futbol" pilot layihəsinin final mərhələsi keçirilib

Xəzər rayonunda "Məhəllələrarası futbol" pilot layihəsinin final mərhələsi keçirilib


1-09-2022, 15:06. Yazar: sevinc1
Xəzər rayonunda "Məhəllələrarası futbol" pilot layihəsinin final mərhələsi keçirilib


Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası və Milli Məclisinin deputatı Rauf Əliyevin təşəbbüsü, Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsi, Nemət Rəsulov 1 ünvanında yerləşən stadionda "Məhəllələrarası futbol" yarışının final mərhələsi baş tutdu.

aia.az xəbər verir ki, tədbir Millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Cəlil Əlizadənin iştirakı və Beynəlxalq dərəcəli hakim - inspektor Asim Xudiyevin baş hakimliyi ilə baş tutub.

Futbol yarışının nəticələrinə əsasən?Binə komandası,?Buzovna komandası və ?Şüvəlan komandası layiq görülmüşdür.

Qalib komandalar diplom, medal və hədiyyələrlə, həmçinin digər komandalar da müvafiq qaydada təltif ediliblər.

Qeyd edək ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında futbol idman növünə olan marağı artırmaq, gələcəkdə peşəkar futbolçu olmalarına zəmin yaratmaqdan ibarətdir.

aia.az
Geri dön